Zümrüd AÜAVERDİYEVA
7 Şubat 2010 Pazar
Azərbaycan Strateji Araşdırma Mərkəzinin direktoru Aslan Xalidi "Olaylar"a açıqlamasında son vaxtlar hicabla bağlı məsələlərin şişirdilməsini İranın ayağına yazıb.
Zümrüd AÜAVERDİYEVA
3 Ekim 2009 Cumartesi

GAİP XƏBƏR : Sadiq İsabəyli: "Ermənilər əkinə yararlı torpaqları, zavodları, fabrikləri ələ keçirmək və hətta bəzi mədənləri özününküləşdirməyə çalışırlar"
Ötən yazımızda erməni lobbisinin müxtəlif ölkələrdə həyata keçirdiyi terror və ya təxribatlarla bağlı ətraflı məlumat vermişdik. Bu məqaləmizdə isə ermənilərin Güney Azərbaycanda törətdiyi təxribatlara nəzər salacağıq. Hazırda İranda yüz mindən çox erməni yaşayır.
(II yazı)
Onların öz dillərində uşaq bağçaları, orta məktəbləri, universitetlərdə fakültələri, elmi mərkəzləri, ibadət etdikləri kilsələri və s. var. Eyni zamanda onların İran iqtisadiyyatının müxtəlif sahələrində böyük biznesləri mövcuddur. Hətta say azlıqlarına baxmayaraq, İran parlamentində iki deputatla təmsil olunurlar. Hazırda İrandan Ermənistana neft kəməri çəkilir və erməniləri neft məhsullarıyla təmin etmək üçün Təbrizdə neftayırma zavodu tikilir. Bundan əlavə, ermənilərin dünya bazarına çıxışı üçün Ermənistanla İran arasında dəmir yolu xətti çəkilməsi planlaşdırılır. Beləliklə, İranın hərtərəfli dəstəyini alan ermənilər zaman-zaman Güney Azərbaycanda müxtəlif təxribatlar həyata keçirməkdən də çəkinmirlər.
Aslan Isabeyli:Narazı kütlə müxtəlif insanları müvəqqəti lider kimi seçib rejimin dəyişilməsinə can atacağını deyib.
"Xalq bu rejimi qəbul etmir"Aslan Isabeyli: "Proseslər İranın parçalanmasına doğru gedir"
İranda Mahmud Əhmədinejad növbəti dəfə prezident səlahiyyətlərinin icrasına başlayıb. Rejimin ali dini lideri Ayətulla Xamneyidən xeyir-dua alan Mahmud Əhmədinejadın yeni hakimiyyəti dövründə İranda baş qaldıran qarşıdurmaların taleyinə aydınlıq gətirən güneyli politoloq Aslan Xalidi İranda yaşayan vətəndaşların ümumilikdə M.Əhmədinejadı qəbul etmədiyini deyib. O, İranda baş verən siyasi proseslərin ölkənin dini strukturunda planlaşdırılmış siyasi strategiyanın tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, bu siyasi strategiyalar özünü doğrultmayıb. Ölkə daxilində, hakimiyyətin içində olan qruplar arasında böyük münaqişə yarandığını deyən A.Isabeyli (Xalidi) proseslərin İranın parçalanmasına doğru getdiyini vurğulayıb. O, M.Əhmədinejadın Hakimiyyətdə qala biləcəyi təqdirdə, narazı kütlə müxtəlif insanları müvəqqəti lider kimi seçib rejimin dəyişilməsinə can atacağını deyib. O, yaxın zamanlarda İranda daxili sabitliyi görməyin mümkün olmayacağını, İranda rejimdən narazı qüvvələrinin istəklərinə çatana qədər mübarizə aparacağını bildirib.
Elman Cəfərl:İsraili lənətləyən İran, Bəs nədən təcavüzkar Sərkisyana qucaq açırdı
Məlumatın oxunma imkanı: Kanada parlamentinə seçkilər üç ay əvvəl keçirilib. Növbəti seçkilər isə 2012-ci ilə təyin edilib. Həmin il Kanada parlamentinə azərbaycanlının namizədliyi irəli sürüləcək.
Kanada parlamentinə seçkilər üç ay əvvəl keçirilib. Növbəti seçkilər isə 2012-ci ilə təyin edilib. Həmin il Kanada parlamentinə azərbaycanlının namizədliyi irəli sürüləcək.
1 Ekim 2009 Perşembe
Mirzə Xəzərin işdən çıxarılmasında erməni-fars lobbisinin rolu olub Mirzə Xəzər 15 Okt 2006
Olaylar 06/09/2003 02:24
“Azadlıq” radiostansiyasının keçmiş redaktoru Mirzə Xəzərin işdən çıxarılmasının səbəblərindən biri kimi “Cənubdan gələn səslər” proqramının yayılması göstərilir.
Güneyli politoloq Aslan Isabeyli bildirib ki, Mirzə Xəzərin Güneylə bağlı tutduğu obyektiv və demokratik mövqeyi həmişə erməni lobbisi və İranın Təhlükəsizlik Şurasının təzyiqinə məruz qalıb:
“Bu gün Amerikada bəzi konqresmenlər ermənilərin regiondakı mövqelərini müdafiə edərək öz ölkələrinin ümumi siyasətinə zərbə vururlar. Mirzə Xəzər isə Güney Azərbaycanda yaşayan 35 milyona yaxın hüquqları pozulmuş insanların problemlərini heç bir marağı olmadan gündəmə gətirirdi. Bir il öncə ermənilər konqresmenlərə və “Azadlıq” radiosunun rəhbərliyinə Mirzə Xəzərin siyasi fəaliyyəti ilə bağlı məktublar ünvanlayıblar. Bu barədə “Azadlıq” radiosunun rəhbərliyi ilə aparılan danışıqlarda “Cənubdan gələn səslər” verilişinin yayılması separatçılığa xidmət edən məsələ kimi qiymətləndirilirdi. Əslində Mirzə Xəzər bütün dünyada yaşayan azərbaycanlıların problemlərini gündəmə gətirirdi. Burada isə əsas narahatçılığı erməni lobbisi keçirirdi. Təəssüf ki, ermənilər və farslar Mirzə Xəzərə qarşı təzyiqlər etdikləri zaman bizim öz güneylilərimiz də radionun rəhbərliyinə müraciət edərək milli qüvvələrin oradan azad olunmasını istəyirdilər. Bundan sonra Mirzə Xəzərin “maliyyə yeyintiləri” ilə bağlı bir ilə qədər yoxlama aparıldı. Yoxlamalar nəticəsində heç bir qeyri-qanuni hərəkətləri üzə çıxara bilmədikləri üçün təqaüdə göndərmək adı ilə işdən çıxarıblar”.
-
B Ə Y A N A T I İrandakı mövcud rejimin təxribatyönlü planlarını müəyyən edən və həyata keçirən hərbi-ideoloji terrorçu qurum olan ...
-
Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri, Kanadada yaşayan güney azərbaycanlı mühacir Aslan Xalidi son vaxtlar bəzi dairələr ...
-
Az-SAM: «İran hakimiyyəti özünün zorakılıq və cəhalət aşılayan metodlarını Azərbaycanda da tətbiq etmək istəyir» Hüseyn Türkel: «...
