20 Şubat 2013 Çarşamba

Bəyanatda vurğulanır ki, bu gün İran rejiminin təxribatyönlü siyasət yürütdüyü bölgələrdən biri də həssas geopolitik və geostratejik əhəmiyyətə malik olan Azərbaycan Respublikasıdır:


Az-SAM: «İran hakimiyyəti özünün zorakılıq və cəhalət aşılayan metodlarını Azərbaycanda da tətbiq etmək istəyir»
Hüseyn Türkel: «İran rejiminin bu gün Azərbaycana da yaymağa çalışdığı məzhəbçilik ideologiyası əslində fars şovinizminin məqsədlərinə xidmət edir»
Cavid
Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rehberi Aslan Isabeyli (Kanada) xomeyniçilik ideologiyasının təhlükəliliyi və onun qarşısının alınması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: «İrandakı mövcud rejimin təxribatyönlü planlarını müəyyən edən və həyata keçirən hərbi-ideoloji və terrorçu qurum olan «Sepahe-pasdaran» yarandığı gündən etibarən Orta Şərq, Mərkəzi Asiya və Güney Qafqaz regionunda dini fanatizmi yaymaq, yaratdığı terror şəbəkələri vasitəsilə ilə bölgənin və dünyanın təhlükəsizliyini təhdid etməklə məşğuldur. Dünyaya xomeyniçilik ideologiyasını ixrac etmək, nüvə silahına sahib olmaq, enerji resurslarını işğalçılıq siyasəti ilə ələ keçirmək istəyən bu hərbi-ideoloji qurum beynəlxalq terror şəbəkəsini koordinə edir. Orta Şərqdə «Hizbullah», «Həmas», «İslami Cihad» kimi terror şəbəkələrini idarə edən «Sepahe-pasdaran» eyni zamanda Orta Asiya və Güney Qafqaz bölgələrində molla rejiminin ideoloji və siyasi nüfuzunu artırmaq üçün təxribatyönlü planlar üzərində ciddiyyətlə çalışır, bu məqsədlə külli miqdarda vəsait xərcləyir».

Güney Azərbaycan Türklərinin Müdafiə Mərkəzinin (Kanada) rəhbəri, Kanada Vəkillər Kollegiyasının üzvü Hüseyn Türkel Avrasiya.net-ə Xomeyniçilik ideologiyası ilə bağlı geniş açıqlama verib.

Aslan İsabəyli

Hüseyn Türkel: “Bir sıra adamlara İranın xarici nüfuz idarələri tərəfindən pulsuz ərzaq verilir. “

Tarix: 19/02/2013 12:58

Güney Azərbaycan Türklərinin Müdafiə Mərkəzinin (Kanada) rəhbəri, Kanada Vəkillər Kollegiyasının üzvü Hüseyn TürkelAvrasiya.net-ə Xomeyniçilik ideologiyası ilə bağlı geniş açıqlama verib.
 Xomeyniçilik
 İslam İnqilabı ərəfəsində – “velayət e mütləqeye Fəqih” siyasi nəzəriyyəsi ortaya atıldı. İslam İnqilabının ən öncül liderlərindən olan azərbaycanlı din xadimi Ayətollah Şəriətmədari və bir çox şiə alimləri dinin-siyasətdən ayrı olmasını dünyəvi dövlət sisteminin müdafiə edirdilərsə, Ayətollah Xomeyni və onun tərəfdarları “Velayət e fəqih”  idarə üsulunun, yəni şəriət qaydaları ilə idarə olunan, həm də bir fəqih (muctehid-dini alim) tərərfindən idarə olunan dövlət ideologiyasını irəli sürürdülər.