Mirzə Xəzərin işdən çıxarılmasında erməni-fars lobbisinin rolu olub Mirzə Xəzər 15 Okt 2006
Olaylar 06/09/2003 02:24
“Azadlıq” radiostansiyasının keçmiş redaktoru Mirzə Xəzərin işdən çıxarılmasının səbəblərindən biri kimi “Cənubdan gələn səslər” proqramının yayılması göstərilir.
Güneyli politoloq Aslan Isabeyli bildirib ki, Mirzə Xəzərin Güneylə bağlı tutduğu obyektiv və demokratik mövqeyi həmişə erməni lobbisi və İranın Təhlükəsizlik Şurasının təzyiqinə məruz qalıb:
“Bu gün Amerikada bəzi konqresmenlər ermənilərin regiondakı mövqelərini müdafiə edərək öz ölkələrinin ümumi siyasətinə zərbə vururlar. Mirzə Xəzər isə Güney Azərbaycanda yaşayan 35 milyona yaxın hüquqları pozulmuş insanların problemlərini heç bir marağı olmadan gündəmə gətirirdi. Bir il öncə ermənilər konqresmenlərə və “Azadlıq” radiosunun rəhbərliyinə Mirzə Xəzərin siyasi fəaliyyəti ilə bağlı məktublar ünvanlayıblar. Bu barədə “Azadlıq” radiosunun rəhbərliyi ilə aparılan danışıqlarda “Cənubdan gələn səslər” verilişinin yayılması separatçılığa xidmət edən məsələ kimi qiymətləndirilirdi. Əslində Mirzə Xəzər bütün dünyada yaşayan azərbaycanlıların problemlərini gündəmə gətirirdi. Burada isə əsas narahatçılığı erməni lobbisi keçirirdi. Təəssüf ki, ermənilər və farslar Mirzə Xəzərə qarşı təzyiqlər etdikləri zaman bizim öz güneylilərimiz də radionun rəhbərliyinə müraciət edərək milli qüvvələrin oradan azad olunmasını istəyirdilər. Bundan sonra Mirzə Xəzərin “maliyyə yeyintiləri” ilə bağlı bir ilə qədər yoxlama aparıldı. Yoxlamalar nəticəsində heç bir qeyri-qanuni hərəkətləri üzə çıxara bilmədikləri üçün təqaüdə göndərmək adı ilə işdən çıxarıblar”.
Hiç yorum yok:
Yorum Gönder