"Xalq bu rejimi qəbul etmir"Aslan Isabeyli: "Proseslər İranın parçalanmasına doğru gedir"
İranda Mahmud Əhmədinejad növbəti dəfə prezident səlahiyyətlərinin icrasına başlayıb. Rejimin ali dini lideri Ayətulla Xamneyidən xeyir-dua alan Mahmud Əhmədinejadın yeni hakimiyyəti dövründə İranda baş qaldıran qarşıdurmaların taleyinə aydınlıq gətirən güneyli politoloq Aslan Xalidi İranda yaşayan vətəndaşların ümumilikdə M.Əhmədinejadı qəbul etmədiyini deyib. O, İranda baş verən siyasi proseslərin ölkənin dini strukturunda planlaşdırılmış siyasi strategiyanın tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, bu siyasi strategiyalar özünü doğrultmayıb. Ölkə daxilində, hakimiyyətin içində olan qruplar arasında böyük münaqişə yarandığını deyən A.Isabeyli (Xalidi) proseslərin İranın parçalanmasına doğru getdiyini vurğulayıb. O, M.Əhmədinejadın Hakimiyyətdə qala biləcəyi təqdirdə, narazı kütlə müxtəlif insanları müvəqqəti lider kimi seçib rejimin dəyişilməsinə can atacağını deyib. O, yaxın zamanlarda İranda daxili sabitliyi görməyin mümkün olmayacağını, İranda rejimdən narazı qüvvələrinin istəklərinə çatana qədər mübarizə aparacağını bildirib.
Hiç yorum yok:
Yorum Gönder