7 Şubat 2010 Pazar

Azərbaycan Strateji Araşdırma Mərkəzinin direktoru Aslan Xalidi "Olaylar"a açıqlamasında son vaxtlar hicabla bağlı məsələlərin şişirdilməsini İranın ayağına yazıb.

İrandan "hicab təxribatı"?
Kanadada yaşayan güneyli ekspert, Azərbaycan Strateji Araşdırma Mərkəzinin direktoru Aslan Xalidi "Olaylar"a açıqlamasında son vaxtlar hicabla bağlı məsələlərin şişirdilməsini İranın ayağına yazıb. Onun fikrincə, İran seçkiqabağı, xüsusilə, qadınların fəallaşdıraraq cəmiyyətdə əlavə gərginlik yaratmaq istəyir. Eyni zamanda İran Azərbaycanın daxili işlərinə qarışaraq əhali və dövləti üz-üzə qoyur. Politoloqlar isə bu fikirlərlə razılaşmır.
Politoloq Hikmət Hacızadə deyir ki, Güneydəki azərbaycanlılar İran rejimindən yanıqlı olduqları üçün ölkələrini nəinki hicab, ən ağlagəlməz hadisələrdə belə ittiham edərlər.
Azərbaycanla İran arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu deyən millət vəkili, politoloq Mübariz Qurbanlı da hicab probleminin İranla bağlı məsələ olmadığı qənaətindədir: "Seçkilərlə bağlı cəmiyyətə xarici qüvvələrin təsir edib-etmədiyini söyləmək yanlışdır. Çünki seçkiqabağı kampaniya başlamayıb. Mən inanmıram ki, İran Azərbaycanın daxili işinə qarışar. Bu məsələdə qərəz axtarmaq yersizdir. Əgər söhbət "Təhsil haqqında" Qanundakı hicabla bağlı məsələdən gedirsə, bu, təhsil müəssisələri rəhbərlərinin öhdəsinə buraxılıb. Dünyanın bütün ölkələrində ali məktəblərdə norma kimi qəbul edilmiş geyim forması var. Mətbuata tövsiyəm budur ki, hər şeyi şişirtməyə çalışmasınlar.

Zümrüd AÜAVERDİYEVA

Hiç yorum yok:

Yorum Gönder