AzSAM İNFO
Azerbaijan Strateji Araştırmalar Mərkəzi
27 Temmuz 2013 Cumartesi
22 Temmuz 2013 Pazartesi
20 Şubat 2013 Çarşamba
Bəyanatda vurğulanır ki, bu gün İran rejiminin təxribatyönlü siyasət yürütdüyü bölgələrdən biri də həssas geopolitik və geostratejik əhəmiyyətə malik olan Azərbaycan Respublikasıdır:
Az-SAM: «İran hakimiyyəti özünün zorakılıq və cəhalət aşılayan metodlarını Azərbaycanda da tətbiq etmək istəyir»
Hüseyn Türkel: «İran rejiminin bu gün Azərbaycana da yaymağa çalışdığı məzhəbçilik ideologiyası əslində fars şovinizminin məqsədlərinə xidmət edir»
Cavid
Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rehberi Aslan Isabeyli (Kanada) xomeyniçilik ideologiyasının təhlükəliliyi və onun qarşısının alınması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: «İrandakı mövcud rejimin təxribatyönlü planlarını müəyyən edən və həyata keçirən hərbi-ideoloji və terrorçu qurum olan «Sepahe-pasdaran» yarandığı gündən etibarən Orta Şərq, Mərkəzi Asiya və Güney Qafqaz regionunda dini fanatizmi yaymaq, yaratdığı terror şəbəkələri vasitəsilə ilə bölgənin və dünyanın təhlükəsizliyini təhdid etməklə məşğuldur. Dünyaya xomeyniçilik ideologiyasını ixrac etmək, nüvə silahına sahib olmaq, enerji resurslarını işğalçılıq siyasəti ilə ələ keçirmək istəyən bu hərbi-ideoloji qurum beynəlxalq terror şəbəkəsini koordinə edir. Orta Şərqdə «Hizbullah», «Həmas», «İslami Cihad» kimi terror şəbəkələrini idarə edən «Sepahe-pasdaran» eyni zamanda Orta Asiya və Güney Qafqaz bölgələrində molla rejiminin ideoloji və siyasi nüfuzunu artırmaq üçün təxribatyönlü planlar üzərində ciddiyyətlə çalışır, bu məqsədlə külli miqdarda vəsait xərcləyir».
Güney Azərbaycan Türklərinin Müdafiə Mərkəzinin (Kanada) rəhbəri, Kanada Vəkillər Kollegiyasının üzvü Hüseyn Türkel Avrasiya.net-ə Xomeyniçilik ideologiyası ilə bağlı geniş açıqlama verib.
Hüseyn Türkel: “Bir sıra adamlara İranın xarici nüfuz idarələri tərəfindən pulsuz ərzaq verilir. “
Tarix: 19/02/2013 12:58
Güney Azərbaycan Türklərinin Müdafiə Mərkəzinin (Kanada) rəhbəri, Kanada Vəkillər Kollegiyasının üzvü Hüseyn TürkelAvrasiya.net-ə Xomeyniçilik ideologiyası ilə bağlı geniş açıqlama verib.
Xomeyniçilik
İslam İnqilabı ərəfəsində – “velayət e mütləqeye Fəqih” siyasi nəzəriyyəsi ortaya atıldı. İslam İnqilabının ən öncül liderlərindən olan azərbaycanlı din xadimi Ayətollah Şəriətmədari və bir çox şiə alimləri dinin-siyasətdən ayrı olmasını dünyəvi dövlət sisteminin müdafiə edirdilərsə, Ayətollah Xomeyni və onun tərəfdarları “Velayət e fəqih” idarə üsulunun, yəni şəriət qaydaları ilə idarə olunan, həm də bir fəqih (muctehid-dini alim) tərərfindən idarə olunan dövlət ideologiyasını irəli sürürdülər.
5 Haziran 2012 Salı
İran xüsusi xidmət orqanlarının mənfur terror sifarişləri
“Azərbaycan Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Aslan Xalidi keçirdiyi mətbuat konfranslarının birində söyləyib: “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın. Bunun üçün 90-cı illərdə 4 minə yaxın azərbaycanlı gənci dini təhsil almaq adı altında əsas din ocağı olan Qum şəhərinə apardı. Onlara təhsil və təlim verərək, xomeyniçi kimi hazırlayırlar. Biz hələ o vaxt onların videogörüntülərini ələ keçirtdik. Görüntülərdə Azərbaycandan aparılmış insanlar təlimdən sonra and içirlər. Bildirirlər ki, Xomeyni ideologiyasını, şiəliyi Azərbaycanda “Allahu əkbər” şüarı ilə təbliğ edəcəyik”. Qeyd edək ki, teokrativ dövlət olan İranda ölkəyə rəhbərliyi dini xadimlər yerinə yetirir. Prezidentin özü də bu xadimlərə tabedir. Bu struktur 1979-cu ildə baş verən ruhanilər inqilabından sonra formalaşıb. İranın birinci dini xadimi imam rütbəsinə qaldırılmış Ayətulla Xomeyni olub. 1989-cu ildə onun vəfatından sonra ölkənin prezidenti olan Seyyid Əli Xamneyi ali dini rəhbər vəzifəsini tutub. Dini rəhbərlik başqa ölkələrdə təbliğat aparmaq üçün səfirliyin yanında dini təhsil verən xüsusi ocaqlardan istifadə edir. Bu ocaqlar, eyni zamanda, səfirliyin fəaliyyətinə də nəzarət edir.
Analitika
Analitika
Azərbaycan növbəti dəfə sübut etdi ki, onun təhlükəsizliyi etibarlı əllərdədirCənub qonşumuz olan İranın ölkəmizə qarşı heç də səmimi siyasət yürütmədiyi və Azərbaycanın güclənməsindən narahatlıq keçirdiyi heç kimə sirr deyil.
Cənub qonşumuz olan İranın ölkəmizə qarşı heç də səmimi siyasət yürütmədiyi və Azərbaycanın güclənməsindən narahatlıq keçirdiyi heç kimə sirr deyil. Bu fonda İran Azərbaycana qarşı zaman-zaman müxtəlif gedişlər etməyə, hətta təxribatlar törətməyə çalışır. Ölkəmizdə İranla bağlı olan müəyyən radikal dini qurumların, siyasi partiyaların və ayrı-ayrı fərdlərin mövcudluğu da bunun real təsdiqidir.
Düzdür, müvafiq rəsmi dairələr İranla bağlı qurumların fəaliyyətini vaxtında neytrallaşdıra bilirlər. Amma o da həqiqətdir ki, bütün bunlara və Azərbaycanın İranla bağlı dostluq prinsipinə əsaslanan siyasətinə rəğmən, Tehran anti-Azərbaycan fəaliyyətini dayandırmaq istəmədiyini zaman-zaman nümayiş etdirir. Bunun ən bariz sübutu İranın işğalçı və terrorçu Ermənistanla münasibətlərini günü-gündən genişləndirməsidir.
22 Mayıs 2012 Salı
IRANIN AZƏRBAYCANDA APARDIĞI TƏXRİBATYÖNLÜ FƏALİYYƏTİLƏ BAĞLI AZƏRBAYCAN STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN
B Ə Y A N A T I
İrandakı mövcud rejimin təxribatyönlü planlarını müəyyən edən və həyata keçirən hərbi-ideoloji terrorçu qurum olan Sepahe-pasdaran yarandığı gündən etibarən Orta Şərq, Mərkəzi Asiya və Güney Qafqaz regionunda dini fanatizmi yaymaq, yaratdığı terror şəbəkələri vasitəsilə ilə bölgənin və dünyanın təhlükəsizliyini təhdid etməklə məşğuldur. Dünyaya xomeyniçilik ideologiyasını ixrac etmək, nüvə silahına sahib olmaq, enerji resurslarını işğalçılıq siyasəti ilə ələ keçirmək istəyən bu hərbi-ideoloji qurum beynalxalq terror şəbəkəsini koordinə edir. Orta Şərqdə Hizbullah, Həmas, İslami Cihad kimi terror şəbəkələrini idarə edən Sepahe-pastaran eyni zamanda Orta Asiya və Güney Qafqaz bölgələrində iran molla rejiminin ideoloji və siyasi nüfuzunu artırmaq üçün təxribatyönlü planlar üzərində ciddiyyətlə çalışır, bu məqsədlə külli miqdarda vəsait xərcləyir. Bu gün İran rejiminin təxribatyönlü siyasət yürütdüyü bölgələrdən biri də həssas geopolitik və geostratejik əhəmiyyətə mallik olan Azərbaycan respublikasıdır. Mahiyyətcə demokratik dövlətlərə nifrət aşılayan, radikal terrorçu islamçılığa əsaslanan molla rejimi Azərbaycanın demokratik dünyəvi inkişafı ilə barışmır, orada radikal islama meylli qüvvələri öz bayrağı altına toplamaqla onlardan Azərbaycan dövlətinə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir.
Kaydol:
Yorumlar (Atom)
-
B Ə Y A N A T I İrandakı mövcud rejimin təxribatyönlü planlarını müəyyən edən və həyata keçirən hərbi-ideoloji terrorçu qurum olan ...
-
Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri, Kanadada yaşayan güney azərbaycanlı mühacir Aslan Xalidi son vaxtlar bəzi dairələr ...
-
Az-SAM: «İran hakimiyyəti özünün zorakılıq və cəhalət aşılayan metodlarını Azərbaycanda da tətbiq etmək istəyir» Hüseyn Türkel: «...



.jpg)


