3 Ekim 2009 Cumartesi


GAİP XƏBƏR : Sadiq İsabəyli: "Ermənilər əkinə yararlı torpaqları, zavodları, fabrikləri ələ keçirmək və hətta bəzi mədənləri özününküləşdirməyə çalışırlar"
Ötən yazımızda erməni lobbisinin müxtəlif ölkələrdə həyata keçirdiyi terror və ya təxribatlarla bağlı ətraflı məlumat vermişdik. Bu məqaləmizdə isə ermənilərin Güney Azərbaycanda törətdiyi təxribatlara nəzər salacağıq. Hazırda İranda yüz mindən çox erməni yaşayır.
(II yazı)
Onların öz dillərində uşaq bağçaları, orta məktəbləri, universitetlərdə fakültələri, elmi mərkəzləri, ibadət etdikləri kilsələri və s. var. Eyni zamanda onların İran iqtisadiyyatının müxtəlif sahələrində böyük biznesləri mövcuddur. Hətta say azlıqlarına baxmayaraq, İran parlamentində iki deputatla təmsil olunurlar. Hazırda İrandan Ermənistana neft kəməri çəkilir və erməniləri neft məhsullarıyla təmin etmək üçün Təbrizdə neftayırma zavodu tikilir. Bundan əlavə, ermənilərin dünya bazarına çıxışı üçün Ermənistanla İran arasında dəmir yolu xətti çəkilməsi planlaşdırılır. Beləliklə, İranın hərtərəfli dəstəyini alan ermənilər zaman-zaman Güney Azərbaycanda müxtəlif təxribatlar həyata keçirməkdən də çəkinmirlər.

Aslan Isabeyli:Narazı kütlə müxtəlif insanları müvəqqəti lider kimi seçib rejimin dəyişilməsinə can atacağını deyib.

"Xalq bu rejimi qəbul etmir"
Aslan Isabeyli: "Proseslər İranın parçalanmasına doğru gedir"
İranda Mahmud Əhmədinejad növbəti dəfə prezident səlahiyyətlərinin icrasına başlayıb. Rejimin ali dini lideri Ayətulla Xamneyidən xeyir-dua alan Mahmud Əhmədinejadın yeni hakimiyyəti dövründə İranda baş qaldıran qarşıdurmaların taleyinə aydınlıq gətirən güneyli politoloq Aslan Xalidi İranda yaşayan vətəndaşların ümumilikdə M.Əhmədinejadı qəbul etmədiyini deyib. O, İranda baş verən siyasi proseslərin ölkənin dini strukturunda planlaşdırılmış siyasi strategiyanın tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, bu siyasi strategiyalar özünü doğrultmayıb. Ölkə daxilində, hakimiyyətin içində olan qruplar arasında böyük münaqişə yarandığını deyən A.Isabeyli (Xalidi) proseslərin İranın parçalanmasına doğru getdiyini vurğulayıb. O, M.Əhmədinejadın Hakimiyyətdə qala biləcəyi təqdirdə, narazı kütlə müxtəlif insanları müvəqqəti lider kimi seçib rejimin dəyişilməsinə can atacağını deyib. O, yaxın zamanlarda İranda daxili sabitliyi görməyin mümkün olmayacağını, İranda rejimdən narazı qüvvələrinin istəklərinə çatana qədər mübarizə aparacağını bildirib.

Elman Cəfərl:İsraili lənətləyən İran, Bəs nədən təcavüzkar Sərkisyana qucaq açırdı

İran Bakıda təхribatlar edə bilərMəlum olduğu kimi iyulun əvvəllərində İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərə gələcəyi gözlənilir. Rəsmi Bakının dəvəti ilə realaşacaq səfər qonşu İran dövlətinin narahatlığına səbəb olub. İran rəsmiləri artıq Azərbaycan Respublikasını təhdid edən bəyanatlar səsləndirməkdədirlər.Azərbaycan Strateyi Araşdırma Mərkəzinin sədri, güneyli politoloq Aslan Хalidinin "Olaylar"a verdiyi məlumata görə, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadi həftə əvvəli verdiyi bəyanatda Azərbaycanın "sionist reyimin prezidentinin Bakıya dəvət edilməsini müsəlman dövlətləri üçün хeyirхah niyyət olmadığını" bəyan edib. A.Хalidinin İran mətbuatına istinadən verdiyi məlumata görə, Firuzabadi "Azərbaycan vətəndaşlarının bu səfərdən narahat olduğunu" və "sionist reyiminin rəhbərinin Bakıya səfərinə etiraz edəcəyini" də bildirib. Siyasi ekspertlər bunu İranın İsrail prezidentinin səfəri ərəfəsində Bakıda müəyyən təхribatlara ələ ata biləcəyi ilə izah edirlər. Bu ehtimal təsadüfi deyil. Çünki bu hədəni adı bəlli terrorçu təşkilatlarla sıх bağlı fəalliyyət göstərən bir qurumun rəhbəri səsləndirir. İran həqiqətən də Bakıda təхribatlara əl ata bilər. Bu ölkənin Bakıda bir sıra casus və təхribat şəbəkəsi fəalliyyət göstərir.
Məlumatın oxunma imkanı:
Kanadanın Yeni Demokratlar Partiyasının üzvü politoloq Aslan Isabeyli bildirib ki, Kanadanın Azərbaycan İcmasının üzvləri ölkə parlamentinə seçkilərdə iştirak etmək üçün azərbaycanlının namizədliyini irəli sürmək məqsədi ilə birləşiblər. A.Xalidi(Isabeyli) deyib ki, partiyada daha çox azərbaycanlının təmsil olunması üçün bütün səylər birləşdirilib. Partiyada azərbaycanlıların sayı artdıqca bəzi üzv ermənilər qurumun sıralarını tərk edirlər.
Kanada parlamentinə seçkilər üç ay əvvəl keçirilib. Növbəti seçkilər isə 2012-ci ilə təyin edilib. Həmin il Kanada parlamentinə azərbaycanlının namizədliyi irəli sürüləcək.
Məlumatın oxunma imkanı:
Kanadanın Yeni Demokratlar Partiyasının uzvu politoloq-eksperti Aslan Xalidi bildirib ki, Kanadanın Azərbaycan İcmasının üzvləri ölkə parlamentinə seçkilərdə iştirak etmək üçün azərbaycanlının namizədliyini irəli sürmək məqsədi ilə birləşiblər. A.Xalidi deyib ki, partiyada daha çox azərbaycanlının təmsil olunması üçün bütün səylər birləşdirilib. Partiyada azərbaycanlıların sayı artdıqca bəzi üzv ermənilər qurumun sıralarını tərk edirlər.
Kanada parlamentinə seçkilər üç ay əvvəl keçirilib. Növbəti seçkilər isə 2012-ci ilə təyin edilib. Həmin il Kanada parlamentinə azərbaycanlının namizədliyi irəli sürüləcək.

1 Ekim 2009 Perşembe

Mirzə Xəzərin işdən çıxarılmasında erməni-fars lobbisinin rolu olub

Mirzə Xəzər 15 Okt 2006

no comments

Olaylar 06/09/2003 02:24

“Azadlıq” radiostansiyasının keçmiş redaktoru Mirzə Xəzərin işdən çıxarılmasının səbəblərindən biri kimi “Cənubdan gələn səslər” proqramının yayılması göstərilir.

Güneyli politoloq Aslan Isabeyli bildirib ki, Mirzə Xəzərin Güneylə bağlı tutduğu obyektiv və demokratik mövqeyi həmişə erməni lobbisi və İranın Təhlükəsizlik Şurasının təzyiqinə məruz qalıb:

“Bu gün Amerikada bəzi konqresmenlər ermənilərin regiondakı mövqelərini müdafiə edərək öz ölkələrinin ümumi siyasətinə zərbə vururlar. Mirzə Xəzər isə Güney Azərbaycanda yaşayan 35 milyona yaxın hüquqları pozulmuş insanların problemlərini heç bir marağı olmadan gündəmə gətirirdi. Bir il öncə ermənilər konqresmenlərə və “Azadlıq” radiosunun rəhbərliyinə Mirzə Xəzərin siyasi fəaliyyəti ilə bağlı məktublar ünvanlayıblar. Bu barədə “Azadlıq” radiosunun rəhbərliyi ilə aparılan danışıqlarda “Cənubdan gələn səslər” verilişinin yayılması separatçılığa xidmət edən məsələ kimi qiymətləndirilirdi. Əslində Mirzə Xəzər bütün dünyada yaşayan azərbaycanlıların problemlərini gündəmə gətirirdi. Burada isə əsas narahatçılığı erməni lobbisi keçirirdi. Təəssüf ki, ermənilər və farslar Mirzə Xəzərə qarşı təzyiqlər etdikləri zaman bizim öz güneylilərimiz də radionun rəhbərliyinə müraciət edərək milli qüvvələrin oradan azad olunmasını istəyirdilər. Bundan sonra Mirzə Xəzərin “maliyyə yeyintiləri” ilə bağlı bir ilə qədər yoxlama aparıldı. Yoxlamalar nəticəsində heç bir qeyri-qanuni hərəkətləri üzə çıxara bilmədikləri üçün təqaüdə göndərmək adı ilə işdən çıxarıblar”.