22 Mayıs 2012 Salı

IRANIN AZƏRBAYCANDA APARDIĞI TƏXRİBATYÖNLÜ FƏALİYYƏTİLƏ BAĞLI AZƏRBAYCAN STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN



B Ə Y A N A T I
İrandakı mövcud rejimin təxribatyönlü planlarını müəyyən edən və həyata keçirən hərbi-ideoloji terrorçu qurum olan Sepahe-pasdaran yarandığı gündən etibarən Orta Şərq, Mərkəzi Asiya və Güney Qafqaz regionunda dini fanatizmi yaymaq, yaratdığı terror şəbəkələri vasitəsilə ilə bölgənin və dünyanın  təhlükəsizliyini təhdid etməklə məşğuldur. Dünyaya xomeyniçilik ideologiyasını  ixrac etmək, nüvə silahına sahib olmaq,  enerji resurslarını işğalçılıq siyasəti ilə  ələ keçirmək istəyən bu hərbi-ideoloji  qurum beynalxalq terror şəbəkəsini koordinə edir. Orta Şərqdə Hizbullah, Həmas, İslami Cihad kimi terror şəbəkələrini idarə edən Sepahe-pastaran eyni zamanda Orta Asiya və Güney Qafqaz bölgələrində iran molla rejiminin ideoloji və siyasi nüfuzunu artırmaq üçün təxribatyönlü planlar üzərində ciddiyyətlə çalışır, bu məqsədlə külli miqdarda vəsait xərcləyir. Bu gün İran rejiminin təxribatyönlü siyasət yürütdüyü bölgələrdən biri də həssas geopolitik və geostratejik əhəmiyyətə mallik olan Azərbaycan respublikasıdır.  Mahiyyətcə demokratik dövlətlərə nifrət aşılayan, radikal terrorçu islamçılığa əsaslanan molla rejimi Azərbaycanın demokratik dünyəvi inkişafı ilə barışmır, orada radikal islama meylli qüvvələri öz bayrağı altına toplamaqla onlardan Azərbaycan dövlətinə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir.