6 Şubat 2011 Pazar

Cənubi azərbaycanlı mühacir: “Azərbaycanda dünyəvi dövlət əleyhinə çağırışlar edən dindarların arxasında İran dayanır”


“Azərbaycanda dünyəvi dövlət, dünyəvi təhsil əleyhinə çağırışlar edən dindarların arxasında İran dayanır və onlar xüsusi olaraq yetişdiriliblər”.

Trend-in məlumatına görə, bunu Kanadada yaşayan cənubi azərbaycanlı mühacir, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun fikrincə, 1991-ci ildən İranın xüsusi xidmət orqanları Azərbaycanda təxribata başlayıb: “İran o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. İran çalışırdı ki, Azərbaycanda İsrail, ABŞ və digər bizimlə müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvə hazırlasın”.

Politoloq Sadiq Isabeyli: IRANIN AZƏRBAYCANDA APARDIĞI TƏXRİBATYÖNLÜ FƏALİYYƏTİLƏ BAĞLI

AZƏRBAYCAN STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN


 B Ə Y A N A T I

İrandakı mövcud rejimin təxribatyönlü planlarını müəyyən edən və həyata keçirən hərbi-ideoloji terrorçu qurum olan Sepahe-pasdaran yarandığı gündən etibarən Orta Şərq, Mərkəzi Asiya və Güney Qafqaz regionunda dini fanatizmi yaymaq, yaratdığı terror şəbəkələri vasitəsilə ilə bölgənin və dünyanın təhlükəsizliyini təhdid etməklə məşğuldur.

Aslan Isabeyli:İran siyasətinin alətinə çevrilmiş bəzi azərbaycanlı dindarlara ən yaxından İranın kəşfiyyat orqanı olan ETTALAAT kömək göstərir.

Aslan Xalidi: ”1990-cı illərdə 4 min azərbaycanlı gəncə İranda hərbi təlim keçirilib”


Cənubi Azərbaycanı işğal edən İran bununla kifayətlənməyərək Azərbaycan dövlətini zəiflətməyə çalışır. Bunun üçün İslam dinindən öz siyasəti üçün istifadə edərək, Azərbaycan dindarlarını da bu fəaliyyətin iştirkçılarına çevirib. Son günlər azərbaycanlı dindarlardan aşkarlanan silahlar, hicab məsələsini siyasiləşdirmək istəyən qüvvələrin fəaliyyəti, Tehrandan Bakıya gələn notalar bunun göstəricisidir. İranın Azərbaycanı zəif salmaq istəyi tarix boyu olub. Hələ 1990-cı illərdə Gəncə hadisələri zamanı İran səfirinin canfəşanlığı, eyni zamanda 1991-ci ildə bu dövlətin təhsil ocaqlarında təhsil almaq üçün gedən azərbaycanlı gəncin hərbi təlimlərə cəlb edilərək, öz məqsədləri üçün istifadə etmək istəyi İranın Azərbaycana qarşı siyasətinin kiçik bir hissəsidir.

Aslan Isabeyli:“İslam inqilabının bir xeyri oldu”Millet irana nifret etdi!

Aslan Xalidi: “İranlilarda irana qarşi nifrət yarandi”
Bu gün Kanadada yaşayan soydaşımız, Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi son vaxtlar ölkədə baş qaldırmış hicab məsələsi ilə bağlı mətbuat konfransı keçirdi. O İranın Azərbaycandakı adamlarının təxribat cəhdləri Güney azərbaycanlıları çox narazı saldığını bildirdi. Həmçinin qeyd etdi ki, milyonlarla güneyli kimi o da molla hakimiyyətinin hərəkətlərindən hiddətlənib. “Azərbaycanda dünyəvi dövlət, dünyəvi təhsil əleyhinə çağırışlar edən “dindar”ların arxasında İran dayanır və onlar xüsusi olaraq yetişdiriliblər”.
http://ucnoqta.az/dunya/27373.html

A.Xalidi İranın Azərbaycandakı əlaltılarının təxribat cəhdlərinin güney azərbaycanlıları narazı saldığını deyib.

SAM sədri: “Azərbaycandakı iranlı tacirlərin çoxu İran kəşfiyyat orqanları ilə əməkdaşlıq edir”

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri, Kanadada yaşayan güney azərbaycanlı mühacir Aslan Xalidi son vaxtlar bəzi dairələr tərəfindən hicab probleminin süni olaraq qabardılması, dindarların təxribatlara cəlb edilməsi və digər məsələlərlə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, A.Xalidi İranın Azərbaycandakı əlaltılarının təxribat cəhdlərinin güney azərbaycanlıları narazı saldığını deyib. O, qeyd edib ki, milyonlarla güneyli kimi o da molla hakimiyyətinin hərəkətlərindən hiddətlənib.
http://sia.az/view.php?lang=az&menu=47&id=73708

“Xaricdə erməni-fars lobbisi bir yerdə fəaliyyət göstərir”

Dünən Kanadada yaşayan güney azərbaycanlı mühacir, “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi” adlı qeyri-hökumət qurumunun rəhbəri Aslan Xalidi son vaxtlar bəzi dairələr tərəfindən hicab probleminin süni olaraq qabardılması, dindarların təxribatlara cəlb edilməsi və digər məsələlərlə bağlı mətbuat konfransı keçirib. İranın Azərbaycandakı sabitliyi pozmaq məqsədilə həyata keçirmək istədiyi təxribatlardan söhbət açan A.Xalidi İranın bu məqsədlə Azərbaycanda xüsusi əlaltılarının olduğunu söyləyib. Mərkəz rəhbəri bildirib ki, fars şovinistlərinin bu hərəkətləri milyonlarla güney azərbaycanlısının hiddətinə səbəb olub: “Azərbaycanda dünyəvi dövlət, dünyəvi təhsil əleyhinə çağırışlar edən “dindar”ların arxasında İran dayanır. Bu “dindar”lar təxribatlar törətmək üçün xüsusi yetişdiriliblər. İran belə fəaliyyətə 1991-ci ildən başlayıb.

7 Şubat 2010 Pazar

Azərbaycan Strateji Araşdırma Mərkəzinin direktoru Aslan Xalidi "Olaylar"a açıqlamasında son vaxtlar hicabla bağlı məsələlərin şişirdilməsini İranın ayağına yazıb.

İrandan "hicab təxribatı"?
Kanadada yaşayan güneyli ekspert, Azərbaycan Strateji Araşdırma Mərkəzinin direktoru Aslan Xalidi "Olaylar"a açıqlamasında son vaxtlar hicabla bağlı məsələlərin şişirdilməsini İranın ayağına yazıb. Onun fikrincə, İran seçkiqabağı, xüsusilə, qadınların fəallaşdıraraq cəmiyyətdə əlavə gərginlik yaratmaq istəyir. Eyni zamanda İran Azərbaycanın daxili işlərinə qarışaraq əhali və dövləti üz-üzə qoyur. Politoloqlar isə bu fikirlərlə razılaşmır.
Politoloq Hikmət Hacızadə deyir ki, Güneydəki azərbaycanlılar İran rejimindən yanıqlı olduqları üçün ölkələrini nəinki hicab, ən ağlagəlməz hadisələrdə belə ittiham edərlər.
Azərbaycanla İran arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu deyən millət vəkili, politoloq Mübariz Qurbanlı da hicab probleminin İranla bağlı məsələ olmadığı qənaətindədir: "Seçkilərlə bağlı cəmiyyətə xarici qüvvələrin təsir edib-etmədiyini söyləmək yanlışdır. Çünki seçkiqabağı kampaniya başlamayıb. Mən inanmıram ki, İran Azərbaycanın daxili işinə qarışar. Bu məsələdə qərəz axtarmaq yersizdir. Əgər söhbət "Təhsil haqqında" Qanundakı hicabla bağlı məsələdən gedirsə, bu, təhsil müəssisələri rəhbərlərinin öhdəsinə buraxılıb. Dünyanın bütün ölkələrində ali məktəblərdə norma kimi qəbul edilmiş geyim forması var. Mətbuata tövsiyəm budur ki, hər şeyi şişirtməyə çalışmasınlar.

Zümrüd AÜAVERDİYEVA