6 Şubat 2011 Pazar

Aslan Isabeyli:“İslam inqilabının bir xeyri oldu”Millet irana nifret etdi!

Aslan Xalidi: “İranlilarda irana qarşi nifrət yarandi”
Bu gün Kanadada yaşayan soydaşımız, Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi son vaxtlar ölkədə baş qaldırmış hicab məsələsi ilə bağlı mətbuat konfransı keçirdi. O İranın Azərbaycandakı adamlarının təxribat cəhdləri Güney azərbaycanlıları çox narazı saldığını bildirdi. Həmçinin qeyd etdi ki, milyonlarla güneyli kimi o da molla hakimiyyətinin hərəkətlərindən hiddətlənib. “Azərbaycanda dünyəvi dövlət, dünyəvi təhsil əleyhinə çağırışlar edən “dindar”ların arxasında İran dayanır və onlar xüsusi olaraq yetişdiriliblər”.
http://ucnoqta.az/dunya/27373.html
Konfransda bir sıra məqamlara aydınlıq gətirən Aslan Xalidi qeyd etdi ki, dünyada İran və erməni diasporları birgə fəaliyyət göstərirlər. Həmçinin bildirdi ki, İranı tanımayanlar düşünürlər ki, bu ölkə İslam dininin dəyərlərini ən yüksək formada qoruyan dövlətdir. “Lakin İran heç vaxt İslam dəyərlərini müdafiə etməyib. İran inqilabından sonra mollaların rəhbər olmasından sonra bir məsələnin xeyri oldu ki, İran adlı ölkədə yaşayanlar İran adına nifrət etməyə başladılar. İranın Azərbaycana qarşı bu cür siyasət yeritməsinin arxasında inqilabdan qaçmaq durur. Çünki İran rəhbərliyi çox gözəl anlayır ki, inqilab olacaq. Düzdür, mən konkret vaxt deyə bilmərəm. Ancaq inqilab olacaq. İran da bundan qaçmaq üçün bu yola əl atır”.

Məhərrəm Ağalaroğlu

Hiç yorum yok:

Yorum Gönder