20 Şubat 2013 Çarşamba

Bəyanatda vurğulanır ki, bu gün İran rejiminin təxribatyönlü siyasət yürütdüyü bölgələrdən biri də həssas geopolitik və geostratejik əhəmiyyətə malik olan Azərbaycan Respublikasıdır:


Az-SAM: «İran hakimiyyəti özünün zorakılıq və cəhalət aşılayan metodlarını Azərbaycanda da tətbiq etmək istəyir»
Hüseyn Türkel: «İran rejiminin bu gün Azərbaycana da yaymağa çalışdığı məzhəbçilik ideologiyası əslində fars şovinizminin məqsədlərinə xidmət edir»
Cavid
Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rehberi Aslan Isabeyli (Kanada) xomeyniçilik ideologiyasının təhlükəliliyi və onun qarşısının alınması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: «İrandakı mövcud rejimin təxribatyönlü planlarını müəyyən edən və həyata keçirən hərbi-ideoloji və terrorçu qurum olan «Sepahe-pasdaran» yarandığı gündən etibarən Orta Şərq, Mərkəzi Asiya və Güney Qafqaz regionunda dini fanatizmi yaymaq, yaratdığı terror şəbəkələri vasitəsilə ilə bölgənin və dünyanın təhlükəsizliyini təhdid etməklə məşğuldur. Dünyaya xomeyniçilik ideologiyasını ixrac etmək, nüvə silahına sahib olmaq, enerji resurslarını işğalçılıq siyasəti ilə ələ keçirmək istəyən bu hərbi-ideoloji qurum beynəlxalq terror şəbəkəsini koordinə edir. Orta Şərqdə «Hizbullah», «Həmas», «İslami Cihad» kimi terror şəbəkələrini idarə edən «Sepahe-pasdaran» eyni zamanda Orta Asiya və Güney Qafqaz bölgələrində molla rejiminin ideoloji və siyasi nüfuzunu artırmaq üçün təxribatyönlü planlar üzərində ciddiyyətlə çalışır, bu məqsədlə külli miqdarda vəsait xərcləyir».

Güney Azərbaycan Türklərinin Müdafiə Mərkəzinin (Kanada) rəhbəri, Kanada Vəkillər Kollegiyasının üzvü Hüseyn Türkel Avrasiya.net-ə Xomeyniçilik ideologiyası ilə bağlı geniş açıqlama verib.

Aslan İsabəyli

Hüseyn Türkel: “Bir sıra adamlara İranın xarici nüfuz idarələri tərəfindən pulsuz ərzaq verilir. “

Tarix: 19/02/2013 12:58

Güney Azərbaycan Türklərinin Müdafiə Mərkəzinin (Kanada) rəhbəri, Kanada Vəkillər Kollegiyasının üzvü Hüseyn TürkelAvrasiya.net-ə Xomeyniçilik ideologiyası ilə bağlı geniş açıqlama verib.
 Xomeyniçilik
 İslam İnqilabı ərəfəsində – “velayət e mütləqeye Fəqih” siyasi nəzəriyyəsi ortaya atıldı. İslam İnqilabının ən öncül liderlərindən olan azərbaycanlı din xadimi Ayətollah Şəriətmədari və bir çox şiə alimləri dinin-siyasətdən ayrı olmasını dünyəvi dövlət sisteminin müdafiə edirdilərsə, Ayətollah Xomeyni və onun tərəfdarları “Velayət e fəqih”  idarə üsulunun, yəni şəriət qaydaları ilə idarə olunan, həm də bir fəqih (muctehid-dini alim) tərərfindən idarə olunan dövlət ideologiyasını irəli sürürdülər. 

5 Haziran 2012 Salı

İran xüsusi xidmət orqanlarının mənfur terror sifarişləri

 “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Aslan Xalidi keçirdiyi mətbuat konfranslarının birində söyləyib: “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın. Bunun üçün 90-cı illərdə 4 minə yaxın azərbaycanlı gənci dini təhsil almaq adı altında əsas din ocağı olan Qum şəhərinə apardı. Onlara təhsil və təlim verərək, xomeyniçi kimi hazırlayırlar. Biz hələ o vaxt onların videogörüntülərini ələ keçirtdik. Görüntülərdə Azərbaycandan aparılmış insanlar təlimdən sonra and içirlər. Bildirirlər ki, Xomeyni ideologiyasını, şiəliyi Azərbaycanda “Allahu əkbər” şüarı ilə təbliğ edəcəyik”.  Qeyd edək ki, teokrativ dövlət olan İranda ölkəyə rəhbərliyi dini xadimlər yerinə yetirir. Prezidentin özü də bu xadimlərə tabedir. Bu struktur 1979-cu ildə baş verən ruhanilər inqilabından sonra formalaşıb. İranın birinci dini xadimi imam rütbəsinə qaldırılmış Ayətulla Xomeyni olub. 1989-cu ildə onun vəfatından sonra ölkənin prezidenti olan Seyyid Əli Xamneyi ali dini rəhbər vəzifəsini tutub.  Dini rəhbərlik başqa ölkələrdə təbliğat aparmaq üçün səfirliyin yanında dini təhsil verən xüsusi ocaqlardan istifadə edir. Bu ocaqlar, eyni zamanda, səfirliyin fəaliyyətinə də nəzarət edir.
Analitika

Azərbaycan növbəti dəfə sübut etdi ki, onun təhlükəsizliyi etibarlı əllərdədirCənub qonşumuz olan İranın ölkəmizə qarşı heç də səmimi siyasət yürütmədiyi və Azərbaycanın güclənməsindən narahatlıq keçirdiyi heç kimə sirr deyil.


Cənub qonşumuz olan İranın ölkəmizə qarşı heç də səmimi siyasət yürütmədiyi və Azərbaycanın güclənməsindən narahatlıq keçirdiyi heç kimə sirr deyil. Bu fonda İran Azərbaycana qarşı zaman-zaman müxtəlif gedişlər etməyə, hətta təxribatlar törətməyə çalışır. Ölkəmizdə İranla bağlı olan müəyyən radikal dini qurumların, siyasi partiyaların və ayrı-ayrı fərdlərin mövcudluğu da bunun real təsdiqidir. 
Düzdür, müvafiq rəsmi dairələr İranla bağlı qurumların fəaliyyətini vaxtında neytrallaşdıra bilirlər. Amma o da həqiqətdir ki, bütün bunlara və Azərbaycanın İranla bağlı dostluq prinsipinə əsaslanan siyasətinə rəğmən, Tehran anti-Azərbaycan fəaliyyətini dayandırmaq istəmədiyini zaman-zaman nümayiş etdirir. Bunun ən bariz sübutu İranın işğalçı və terrorçu Ermənistanla münasibətlərini günü-gündən genişləndirməsidir.

22 Mayıs 2012 Salı

IRANIN AZƏRBAYCANDA APARDIĞI TƏXRİBATYÖNLÜ FƏALİYYƏTİLƏ BAĞLI AZƏRBAYCAN STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN



B Ə Y A N A T I
İrandakı mövcud rejimin təxribatyönlü planlarını müəyyən edən və həyata keçirən hərbi-ideoloji terrorçu qurum olan Sepahe-pasdaran yarandığı gündən etibarən Orta Şərq, Mərkəzi Asiya və Güney Qafqaz regionunda dini fanatizmi yaymaq, yaratdığı terror şəbəkələri vasitəsilə ilə bölgənin və dünyanın  təhlükəsizliyini təhdid etməklə məşğuldur. Dünyaya xomeyniçilik ideologiyasını  ixrac etmək, nüvə silahına sahib olmaq,  enerji resurslarını işğalçılıq siyasəti ilə  ələ keçirmək istəyən bu hərbi-ideoloji  qurum beynalxalq terror şəbəkəsini koordinə edir. Orta Şərqdə Hizbullah, Həmas, İslami Cihad kimi terror şəbəkələrini idarə edən Sepahe-pastaran eyni zamanda Orta Asiya və Güney Qafqaz bölgələrində iran molla rejiminin ideoloji və siyasi nüfuzunu artırmaq üçün təxribatyönlü planlar üzərində ciddiyyətlə çalışır, bu məqsədlə külli miqdarda vəsait xərcləyir. Bu gün İran rejiminin təxribatyönlü siyasət yürütdüyü bölgələrdən biri də həssas geopolitik və geostratejik əhəmiyyətə mallik olan Azərbaycan respublikasıdır.  Mahiyyətcə demokratik dövlətlərə nifrət aşılayan, radikal terrorçu islamçılığa əsaslanan molla rejimi Azərbaycanın demokratik dünyəvi inkişafı ilə barışmır, orada radikal islama meylli qüvvələri öz bayrağı altına toplamaqla onlardan Azərbaycan dövlətinə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir.

31 Mart 2012 Cumartesi

“İranın qorxusu ondandır ki, onun ərazisindəki azərbaycanlılar müstəqil olmağa can atır, Azərbaycana qarşı təzyiqlərin arxasında da bu amil dayanır. Nəticədə Azərbaycan İsraillə münasibətlərini dərinləşdirməkdə çox maraqlıdır” deyə, İsrail rəsmisi bildirib.

AZƏRBAYCANA GÖRƏ OBAMAYA HÜCUMLAR BAŞLADI
2012-03-31
İsrail ABŞ-ı İran əməliyyatını pozmaqda ittiham etdi
“The Foreign Policy” jurnalının araşdırması Qərbdə böyük rezonansa səbəb olub; “New York Post”: “Obama administrasiyasının bu hərəkəti Azərbaycanı zərbə altına qoyur”

22 Şubat 2012 Çarşamba

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov deyib:Unudulmamalıdır ki, İran əhalisinin, İran vətəndaşlarının əhəmiyyətli bir hissəsini azərbaycanlılar təşkil edir”.


“İranın Azərbaycana nota verməsi, nota dili ilə danışması düzgün deyil. İranla Azərbaycan qonşu dövlətlərdir və hər iki tərəf münasibətlərin qorunub saxlanması yönündə fəaliyyət göstərməlidir”.

MTN-dən NÖVBƏTİ ANTİTERROR ƏMƏLİYYATI 2012-02-21 «Sepah» və «Hizbullah»ın terrorçuları Azərbaycanda yaxalandı


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanda İranın xüsusi xidmət orqanı olan "Sepah"ın və “Hizbullah”ın yaratdığı terrorçu dəstəni zərərsizləşdirib. APA-nın AZTV-yə istinadən verdiyi məlumata görə, dəstə ölkədəki xarici vətəndaşlara qarşı odlu silah, partlayıcı maddələrdən və qurğulardan istifadə edərək terror törədilməsi məqsədilə yaradılıb.
Dəstə üzvləri "Sepah"ın təlimatı ilə kəşfiyyat xarakterli məlumatlar toplayıblar. Onlar qanunsuz olaraq xeyli sayda odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək, terror törədilməsi ilə bağlı hazırlığa başlayıblar.
"Sepah"ın əməkdaşı Həmid adlı şəxslə “Hizbullah" terror təşkilatının "Müqavimət" hərbi əməliyyatlar qanadının rəhbəri Hacı Abbasın birgə yaratdığı mütəşəkkil dəstənin üzvləri arasında vəzifə bölgüsü belə aparılıb.