Hüseyn Türkel: “Bir sıra adamlara İranın xarici nüfuz idarələri tərəfindən pulsuz ərzaq verilir. “
Tarix: 19/02/2013 12:58
Güney Azərbaycan Türklərinin Müdafiə Mərkəzinin (Kanada) rəhbəri, Kanada Vəkillər Kollegiyasının üzvü Hüseyn TürkelAvrasiya.net-ə Xomeyniçilik ideologiyası ilə bağlı geniş açıqlama verib.
Xomeyniçilik
İslam İnqilabı ərəfəsində – “velayət e mütləqeye Fəqih” siyasi nəzəriyyəsi ortaya atıldı. İslam İnqilabının ən öncül liderlərindən olan azərbaycanlı din xadimi Ayətollah Şəriətmədari və bir çox şiə alimləri dinin-siyasətdən ayrı olmasını dünyəvi dövlət sisteminin müdafiə edirdilərsə, Ayətollah Xomeyni və onun tərəfdarları “Velayət e fəqih” idarə üsulunun, yəni şəriət qaydaları ilə idarə olunan, həm də bir fəqih (muctehid-dini alim) tərərfindən idarə olunan dövlət ideologiyasını irəli sürürdülər.
Xomeyni tərəfdarları silah gücünə hakimiyyəti ələ keçirdilər, dünyəvilik tərəfdarları basdırıldı, 10 minlərlə günahsız insan məhkəməsiz, hətta dindirilmədən qətl edildi, 100 minlərlə insan həbsxanalara və sürgünə göndərildi. Güney Azərbaycan 1980-cı ildə Sepah tərəfindən işğal edildi və Təbrizə tanklar və ağır texnikalar yeridildi. Dəhşətli qırğınlar törədildi. Azərbaycanlıların dini lideri və təqlid mərcəi olan Ayətollah Şəritmədarının Qum şəhərindəki beyti (evi) işğal olundu, özü isə utancverici şəkiləd təhqir edilərək ev dustağına məhkum edildi.
Zalim və qəddarlığı ilə seçilən Xomeyni xərçəng xəstəliyinə tutulan Ayətollah Şəritmədarinin xəstəxanaya getməsinə də izn vermədi hətta onun yanına həkimlərin gelməsinə və dava-dərmanların aparılmasına da qadağa qoydu. Ayətollah Şəriətmədarı nəticədə faciəli durumda həyatdan getdi. Xomeyni hətta bu böyük şiə alimi və onun özünə müəllimlik etmiş böyük din xadimi Şəriətmədariyə islam qaydalarına uyğun dəfn edilməsinə və ona yas mərasimi keçirilməsinə izn vermədi.
“Velayəte Mütləqeye Fəqih” yəni dini rəhərin mütləq diktaturası. Bu ideologia dini rəhbərin bütün qanunlardan o, cümlədən konstitusiyadan yuxarıda durması deməkdir. Çağdaşı siyasi idarə üsulları ilə müqayisə etsək, “Velayəte Mütləqeye Fəqih” konstitusiyalı monarxiyadan daha çox orta əsrlərin mütləq monarxiyalarına bənzəyir. Xomeyninin ortaya qoyduğu bu formalı Şiəçilik ideologiyasına görə, şiələrin 12-ci İmamı, Mehdi qeybdə olduğuna görə, İslam ümmətinin həm siyasi, həm də dini idarəçiliyi – ədalətli, tədbirli və ağıllı” bir dini muctehidə (dini rəhbərə) keçir. Dini rəhbər (vəliye Fəqih) isə qeybdə olan İmam Mehdinin tam səlahiyyətli nümayəndəsidir. Dini rəhbərin “Velye Fəqih”in buyuruqları isə qeyd-şərtsiz icra olunmalıdır.
İranın indiki rəhbəri Ayətollah Xameneyi isə bir az da irəli gedərək dini rəhbərin əslində İslam peyğəmbəri, Həzrəti Məhəmmədin bütün səlahiyyətlərinə sahib olması qənaətindədir. Onun iddiasına görə, “hətta nə vaxtsa bütövlükdə İslam ümmətinin mövqei ilə Dini Rəhbərin mövqeində ziddiyət ortaya çıxarsa təbii ki, ümmətin mövqeinə deyil, Dini Rəhbərin mövqeinə üstünlük verilməlidir”.
Xomeyniçilik və Azərbaycan
İran rejimi 80 il boyunca dini yasaqlardan əziyyət çəkmiş sadə Azərbaycan vətəndaşlarının təmiz hislərindən sui- istifadə edərək onlara Xomeynini və Xaməneini məsum (günahsız və səhvsiz) İmam kimi təqdim etməyə və onlardan fars şovinizmin iyrənc maraqları o, cümlədən Anti Azərbaycan və Antitürk planları yönündə istifadə etməyə çalışır.
İran rejimi Azərbaycanda yaymağa çalışdığı tamamı ilə təhrif olunmuş şiə məzhəbi sadəcə və sadəcə İran rejiminin fars şovinizminin məqsədlərinə xidmət edir.
“Əl-qaidə” terror təşkilatının anti qərbçiliyinin təməlində qatı ərəb ultramillətçiliyi dayandığı kimi, İran rejiminin anti qərbçiliyin arxasında da ultra Fars milliyətçiliyi dayanır. Hər iki qüvvə ultra milliyətçiliklərini İslamla pərdələyiblər və müsəlmanlardan öz cılız maraqları yönündə sui-istifadə edirlər. Çünkü İslamla pərdələnməzsə “Əl-qaidə” terror təşkilatı ehtiyac içində olan hansısa afrikalı və ya pakistanlı fanatı intihara sürükləyə bilməz. İranın İslamçılığı və hizbullahçılıq ideologiyalarının arxasında da qeyd etdiyim kimi fars şovinizminin öz maraqları dayanır. Məscid allahın evi sayılır. Ayətollah Xameneyi bilmirmi ki, ermənilər işğal olunmuş ərazilərimizdəki məscidlərimizi donuzluğu çeviriblər? Demək ki, onları islam din maraqlandırmır, onları sadəcə fars şovinizminin maraqları düşündürür.
Xomeyniçilik ideologiyasının qarşısı necə alınmalı?
İlk öncə Qumda çap olunmuş və fars şovinizminin siyasi maraqlarına və xomeyniçilik siyasi ideologiyasına uyğun təhrifli tərcümə edilmiş Quranların və başqa dini kitabların Azərbaycana gətirilməsinin və pulsuz paylanmasının qarşısı alınmalı və alternativ Quran tərcümələri və dini kitablar nəşr edilmədlir.
Şiə məktəbinin mərkəzi Qum, Məşhəd deyil, Nəcəf və Kərbəladır. Orada təhsil alan dini adamlarımız yoxdurmu?! Azərbaycanın özündə dini məktəblər yoxdurmu?! Yoxdursa, Nəcəfdən 3-4 türkman Ayətollah gətirib Bakıda məktəb açsınlar, dini təhsil alan tələblərimiz də öz dini məktəbimizə yönəldilsinlər. İranın ən böyük Ayətollahları o, cümlədən Xomeyininin özü də Nəcəfdə, Kərbəlada təhsil alıblar. Nəyə görə bizim evladlarımız gedib, Qumda təhrif olunmuş şovinist fars Şiəçiliyini öyrənməli və “Dini təhsil? adı altında beyin yuyulmasına və anti-azərbaycan propaqandasına məruz qalmalıdırlar?!
İranda mollalıq təhsil almış adamların qeydiyyatı məhdudlaşmalı və qeyri-rəsmi dini təbliğata son qoyulmalıdır.
Xomeyniçilk siyasi ideologiyasının əslində allaha şərik qoşma cəhdi olduğu xalqa bildirilməlidir. Bu ideologiyanının iç üzü və törətdiyi dəhşətli cinayətlər barədə cəmiyyətə davamlı olaraq bilgi verilməli, verilişlər, proqramlar, konfranslar və seminarlar təşkil edilməlidir.
Cənub sərhədlərinə nəzarət gücləndirilməli, cənub sərhədlərində korrupsiyaya son qoyulmalı, İrana müxtəlif bəhanələrlə gedib-gələn şübhəli insanlar nəzarətə götürülməlidir.
Cənub bölgələrinə yönəlik ekskusiv təbliğat vasitələrındən istifadə edilməli və İranın əks təbliğat vasitələrinin yayımlarının qarşısının alınması üçün sərhədlərdə lazımı aparatura quraşdırılmaldır.
İran səfirliyi 30 ildir Azərbaycanda təxribatla və agentura becərməklə məşğuldur, onların bu qədər qol-qanad açmasına imkan vermək yanlışdır.
Azərbaycan vətəndaşlarını pulsuz Məşhədə, Quma və …. aparmaq və bəzilərinin İran agentura şəbəkəsinin xidmətinə alınmasının qarşısı alınmalıdır. Təbrizdəki Azərbaycan konsulluğu Bakıya, Gəncəyə, … pulsuz səfərlər təşkil edə bilərmi? İran buna imkan yaradarmı? Əlbəttə ki, yox, belə etsə sabahısı gün konsulluğu bağlayarlar.
İranda 70 milyon insan ərzağın qorxunc dərəcə də bahalaşmasından şikayətləndiyi bir vəziyyətdə niyə Azərbaycan vətəndaşları ərzaq bazarlığı üçün İrana axışır?! Bu qəribəliyi analamaq mümkün deyil. Məndə olan bilgilərə görə, bir sıra adamlara İranın xarici nüfuz idarələri tərəfindən pulsuz ərzaq verilir. Əlbəttə mən şərəfli və dəyərli soydaşlarımızın hamısını ittiham etmirəm, amma əminəm ki, İrana ərzaq almağa gedənlərin arasındə pulsuz ərzaq almağa gedənlər də az deyil.
Sərhədyanı bölgələrdə ərzaq qiymətləri bu qədər fərqlidirsə, demək nəsə düz deyil və Azərbaycan höküməti iqtisadi baxımdan bir sıra addımlar atmalıdır.
Azərbaycanda kimi başı ağrıyırsa müalicə üçün İrana qaçır! Ən adi xəstəliklərin müalicəsi üçün insanlar İrana getməli olurlar. Bu həm qəribə, həm də biabırçılıqdır. Azərbaycanın səhiyyəsində nələr baş verir?! Azərbaycanda həkimlər yoxdurmu?! Bu sahədə də ciddi addımlar atılmalıdır.
Qısa URL: http://avrasiya.net/?p=11245
.jpg)
Hiç yorum yok:
Yorum Gönder