22 Şubat 2012 Çarşamba

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov deyib:Unudulmamalıdır ki, İran əhalisinin, İran vətəndaşlarının əhəmiyyətli bir hissəsini azərbaycanlılar təşkil edir”.


“İranın Azərbaycana nota verməsi, nota dili ilə danışması düzgün deyil. İranla Azərbaycan qonşu dövlətlərdir və hər iki tərəf münasibətlərin qorunub saxlanması yönündə fəaliyyət göstərməlidir”.
APA-nın xəbərinə görə, bunu YAP sədrinin müavini, icra katibi Əli Əhmədov deyib: “İranda çoxlu sayda azərbaycanlılar yaşayır, ölkə əhalisinin yarıya qədərini etnik azərbaycanlılar təşkil edir. Ona görə də Azərbaycan dövlətinə qarşı hər hansı xoş olmayan münasibət İran hökumətinin, dövlətinin öz azərbaycanlı vətəndaşlarına olan hörmətsizliyinin ifadəsidir. Unudulmamalıdır ki, İran əhalisinin, İran vətəndaşlarının əhəmiyyətli bir hissəsini azərbaycanlılar təşkil edir”. 

Hiç yorum yok:

Yorum Gönder