“Azərbaycan Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Aslan Xalidi keçirdiyi mətbuat konfranslarının birində söyləyib: “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın. Bunun üçün 90-cı illərdə 4 minə yaxın azərbaycanlı gənci dini təhsil almaq adı altında əsas din ocağı olan Qum şəhərinə apardı. Onlara təhsil və təlim verərək, xomeyniçi kimi hazırlayırlar. Biz hələ o vaxt onların videogörüntülərini ələ keçirtdik. Görüntülərdə Azərbaycandan aparılmış insanlar təlimdən sonra and içirlər. Bildirirlər ki, Xomeyni ideologiyasını, şiəliyi Azərbaycanda “Allahu əkbər” şüarı ilə təbliğ edəcəyik”. Qeyd edək ki, teokrativ dövlət olan İranda ölkəyə rəhbərliyi dini xadimlər yerinə yetirir. Prezidentin özü də bu xadimlərə tabedir. Bu struktur 1979-cu ildə baş verən ruhanilər inqilabından sonra formalaşıb. İranın birinci dini xadimi imam rütbəsinə qaldırılmış Ayətulla Xomeyni olub. 1989-cu ildə onun vəfatından sonra ölkənin prezidenti olan Seyyid Əli Xamneyi ali dini rəhbər vəzifəsini tutub. Dini rəhbərlik başqa ölkələrdə təbliğat aparmaq üçün səfirliyin yanında dini təhsil verən xüsusi ocaqlardan istifadə edir. Bu ocaqlar, eyni zamanda, səfirliyin fəaliyyətinə də nəzarət edir.
Analitika
Analitika
Azərbaycan növbəti dəfə sübut etdi ki, onun təhlükəsizliyi etibarlı əllərdədirCənub qonşumuz olan İranın ölkəmizə qarşı heç də səmimi siyasət yürütmədiyi və Azərbaycanın güclənməsindən narahatlıq keçirdiyi heç kimə sirr deyil.
Cənub qonşumuz olan İranın ölkəmizə qarşı heç də səmimi siyasət yürütmədiyi və Azərbaycanın güclənməsindən narahatlıq keçirdiyi heç kimə sirr deyil. Bu fonda İran Azərbaycana qarşı zaman-zaman müxtəlif gedişlər etməyə, hətta təxribatlar törətməyə çalışır. Ölkəmizdə İranla bağlı olan müəyyən radikal dini qurumların, siyasi partiyaların və ayrı-ayrı fərdlərin mövcudluğu da bunun real təsdiqidir.
Düzdür, müvafiq rəsmi dairələr İranla bağlı qurumların fəaliyyətini vaxtında neytrallaşdıra bilirlər. Amma o da həqiqətdir ki, bütün bunlara və Azərbaycanın İranla bağlı dostluq prinsipinə əsaslanan siyasətinə rəğmən, Tehran anti-Azərbaycan fəaliyyətini dayandırmaq istəmədiyini zaman-zaman nümayiş etdirir. Bunun ən bariz sübutu İranın işğalçı və terrorçu Ermənistanla münasibətlərini günü-gündən genişləndirməsidir.




