Aslan Xalidi: “Güney azərbaycanlıları inqilabi proseslərə cəlb etmək üçün milli problemləri qabartmaq lazımdır”
“İranda baş verən inqilabi hadisələr diqqətlə izlənilir. Güney Azərbaycan türkləri hələ gözləmə mövqeyindədirlər”. Bunu “OLAYLAR”a açıqlamasında Kanadada yaşayan günyeli politoloq, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi deyib. Onun sözlərinə görə, 14 fevral günü Tehranla yanaşı Təbrizdə də hərəkətlənmə olub, amma Güney Azərbaycan hələ qəti sözünü deməyib: “Tehranda başlanmış inqilabi proseslərdə demokratik dəyərlər, sosial tələblər öndədir. Güney Azərbaycan türkləri isə milli tələblərlə çıхış edirlər. Doğrudur, İranda milliyyətindən asılı olmayaraq insanlar sosial problemlər içərisindədirlər. Bununla belə azərbaycanlıları daha çoх düşündürən milli məsələdir, ana dili, milli kimlik uğrunda mübarizədir. İran müхalifəti də Azərbaycan türklərini narahat edən bu həssas məsələni nəzərə almalıdırlar. Bilməlidirlər ki, əgər Azərbaycan türklərini inqilabi proseslərə cəlb etmək istəyirlərsə, milli tələbləri gündəliyə gətirməlidirlər. Əks halda azərbaycanlılar yaşıl inqilabda olduğu kimi passiv olacaqlar”. Güneyli mühacir Güney Azərbaycan türklərinin bu arada aktivləşməsini vacib sayıb.
http://olaylar.az/haber/az_iar_.html
Kaydol:
Kayıt Yorumları (Atom)
-
İran Bakıda təхribatlar edə bilərMəlum olduğu kimi iyulun əvvəllərində İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərə gələcəyi gözlənili...
-
"Xalq bu rejimi qəbul etmir" Aslan Isabeyli: "Proseslər İranın parçalanmasına doğru gedir...
-
SAM sədri: “Azərbaycandakı iranlı tacirlərin çoxu İran kəşfiyyat orqanları ilə əməkdaşlıq edir” Azərbaycan Strateji Araşdırmalar Mərkəzini...
Hiç yorum yok:
Yorum Gönder