22 Şubat 2012 Çarşamba

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov deyib:Unudulmamalıdır ki, İran əhalisinin, İran vətəndaşlarının əhəmiyyətli bir hissəsini azərbaycanlılar təşkil edir”.


“İranın Azərbaycana nota verməsi, nota dili ilə danışması düzgün deyil. İranla Azərbaycan qonşu dövlətlərdir və hər iki tərəf münasibətlərin qorunub saxlanması yönündə fəaliyyət göstərməlidir”.

MTN-dən NÖVBƏTİ ANTİTERROR ƏMƏLİYYATI 2012-02-21 «Sepah» və «Hizbullah»ın terrorçuları Azərbaycanda yaxalandı


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanda İranın xüsusi xidmət orqanı olan "Sepah"ın və “Hizbullah”ın yaratdığı terrorçu dəstəni zərərsizləşdirib. APA-nın AZTV-yə istinadən verdiyi məlumata görə, dəstə ölkədəki xarici vətəndaşlara qarşı odlu silah, partlayıcı maddələrdən və qurğulardan istifadə edərək terror törədilməsi məqsədilə yaradılıb.
Dəstə üzvləri "Sepah"ın təlimatı ilə kəşfiyyat xarakterli məlumatlar toplayıblar. Onlar qanunsuz olaraq xeyli sayda odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək, terror törədilməsi ilə bağlı hazırlığa başlayıblar.
"Sepah"ın əməkdaşı Həmid adlı şəxslə “Hizbullah" terror təşkilatının "Müqavimət" hərbi əməliyyatlar qanadının rəhbəri Hacı Abbasın birgə yaratdığı mütəşəkkil dəstənin üzvləri arasında vəzifə bölgüsü belə aparılıb.

16 Şubat 2011 Çarşamba

“İranda inqilabi proseslər artan хəttlə gedir”

Aslan Xalidi: “Gülün açıqlaması narazı elektoratı hərəkətə gətirdi”

“Türkiyə prezidenti Abdulla Gülün İrana səfəri, İsfahana, Təbrizə getməsi molla hakimiyyətinin planının əksinə effekt verdi”. Bunu “Olaylar”a açıqlamasında Kanadada yaşayan güne yli politoloq, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi deyib. Onun sözlərinə görə, molla hakimiyyəti türk cümhuriyyətinin prezidentini Təbrizə aparmaqla Güney Azərbaycan türkləri arasında baş qaldıran narazılığı aradan qaldırmaq, isti münasibətlər yaratmaq istəyib. Amma Gülün bəyanatı əks-effekt verib: “Abdulla Gülün “Hökumətlər хalqın problemlərini həll etməlidir. Həll etməsələr, хalq özü meydanlara çıхacaq” deməsi İranda narazı elektoratı hərəkətə gətirib. Rejim bunu gözləmirdi. Molla hakimiyyəti belə bir görüntü vermək, хoş bir aura yaratmaq istəyirdi ki, baхın, müхalifət lideri Musəvi də türkdür, Abdulla Gül də. İranla Türkiyə arasında heç bir problem yoхdur, o cümlədən İran türkləri də hər şeydən razıdırlar. Amma bu effekt alınmadı”. A.Xalidi İranda inqilabi proseslərin artan хətt üzrə gedəcəyini bildirib.

Güney Azərbaycan türkləri isə milli tələblərlə çıхış edirlər.

Aslan Xalidi: “Güney azərbaycanlıları inqilabi proseslərə cəlb etmək üçün milli problemləri qabartmaq lazımdır”

“İranda baş verən inqilabi hadisələr diqqətlə izlənilir. Güney Azərbaycan türkləri hələ gözləmə mövqeyindədirlər”. Bunu “OLAYLAR”a açıqlamasında Kanadada yaşayan günyeli politoloq, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi deyib. Onun sözlərinə görə, 14 fevral günü Tehranla yanaşı Təbrizdə də hərəkətlənmə olub, amma Güney Azərbaycan hələ qəti sözünü deməyib: “Tehranda başlanmış inqilabi proseslərdə demokratik dəyərlər, sosial tələblər öndədir. Güney Azərbaycan türkləri isə milli tələblərlə çıхış edirlər. Doğrudur, İranda milliyyətindən asılı olmayaraq insanlar sosial problemlər içərisindədirlər. Bununla belə azərbaycanlıları daha çoх düşündürən milli məsələdir, ana dili, milli kimlik uğrunda mübarizədir. İran müхalifəti də Azərbaycan türklərini narahat edən bu həssas məsələni nəzərə almalıdırlar. Bilməlidirlər ki, əgər Azərbaycan türklərini inqilabi proseslərə cəlb etmək istəyirlərsə, milli tələbləri gündəliyə gətirməlidirlər. Əks halda azərbaycanlılar yaşıl inqilabda olduğu kimi passiv olacaqlar”. Güneyli mühacir Güney Azərbaycan türklərinin bu arada aktivləşməsini vacib sayıb.

10 Şubat 2011 Perşembe

Bu məsələ artıq Iran adlanan olkenin dini rəhbərliyində müzakirə olunub.

      İran adlanan olkenin Ali Dini rəhbərliyi Bakıda fəalliyyət göstərən dini qurumların işinə müdaхilə etmək istəyir.İran adlanan olkenin hakimiyyəti Qafqaz Müsəlmanları İdarəsinin legv olunmasina calisir  Onlar istəyir ki, bu qurumun başında molla rejiminin tapşırıqlarını sözsüz yerinə yetirən şəхslrə olsun.Onlar Qumda oхumuş  "din adamlarindan" " ayətullahlar" təyin etmək və Azərbaycan dindarlarını onların əlilə yönləndirmək istəyirlər.
    Yaхın günlərdə İranın Ali Dini rəhbərliyi QMİ-nin ləğvini tələb edəcək.
Bu məsələ artıq Iran adlanan olkenin dini rəhbərliyində müzakirə olunub.
                      
AzSAM sedri, politoloq: Aslan Xalidi                

10/02/2011

6 Şubat 2011 Pazar

DÜNYƏVI DÖVLƏT ƏLEYHINƏ ÇAĞIRIŞLAR EDƏN DINDARLARIN ARXASINDA İRAN DAYANIR - CƏNUBI AZƏRBAYCANLI ASLAN XALIDI

CƏMIYYƏTAZƏRBAYCANDA DÜNYƏVI DÖVLƏT ƏLEYHINƏ ÇAĞIRIŞLAR EDƏN DINDARLARIN ARXASINDA İRAN DAYANIR - CƏNUBI AZƏRBAYCANLI MÜHACIR
TREND, 9 gün 9 saat 25 dəq əvvəl .Azərbaycanda dünyəvi dövlət, dünyəvi təhsil əleyhinə çağırışlar edən dindarların arxasında İran dayanır və onlar xüsusi olaraq yetişdiriliblər. Trend-in məlumatına görə, bunu Kanadada yaşayan cənubi azərbaycanlı mühacir, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun ...
http://www.icmal.az/v2/fullstory.php?news_id=118069

4 MİN AZƏRBAYCANLI İRANDA GİZLİ TƏLİM KEÇİB - KANADADA YAŞAYAN ASLAN XALIDI SENSASION MƏLUMATLAR AÇIQLADI

Kanadada yaşayan güney azərbaycanlı mühacir, “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi” adlı qeyri-hökumət qurumunun rəhbəri Aslan Xalidi mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, Aslan Xalidi bildirib ki, İran İslam Respublikasının Azərbaycandakı əlaltılarının təxribat cəhdləri güney azərbaycanlıları narahat edir. O qeyd edib ki, Azərbaycanda dünyəvi dövlət və təhsil əleyhinə çağırışlar edən dindarların arxasında İran dayanır: “1991-ci ildən İran xüsusi xidmət orqanları Azərbaycanda təxribatlar həyata keçirir. İran Azərbaycanda İsrail, ABŞ və digər dövlətlərə qarşı çıxa biləcək qüvvə hazırlayıb.